“Unibank” ad günü münasibəti ilə böyük endirim kampaniyası keçirir

Maliyyə
  • 15 avqust, 2017
  • 10:56
“Unibank” ad günü münasibəti ilə böyük endirim kampaniyası keçirir

Bakı. 15 avqust. REPORT.AZ/ “Unibank” ASC 25 illik yubileyi münasibəti ilə məhsul və xidmətlərində böyük endirim kampaniyası elan edib.

Bu barədə “Report”a Bankdan bildirilib.

Məlumata görə, bu gündən başlayaraq yaxın 1 ay ərzində “Unibank”dan kredit götürən, debet kart alan, Bankın kartları ilə alış-veriş edən müştərilər xüsusi hədiyyələr və endirimlər qazanacaqlar. Məsələn, müştərilərə nağd pul kreditləri cəmi 1% komissiya ilə (minimum 10 manat) veriləcək. “Unibank” kartları ilə alış-veriş edənlər isə bəzi mağazalarda 30%-lik “cashback” əldə edəcəklər.

Avqustda ad günü olan müştərilərə isə nağd pul kreditləri 0% komissiya ilə, debet kartlar və depozit qutuları 25%-lik endirimlə, depozit təminatı ilə verilən kreditlər komissiyasız təklif olunacaq.

“Unibank” paytaxtı və bölgələri əhatə edən geniş filial şəbəkəsi ilə ölkə vətəndaşlarının xidmətindədir. Müştərilərin rahatlığı naminə Bankın filialları həftənin 5 günü nahar fasiləsi olmadan səhər saat 09.00-dan axşam 17.00-a qədər fəaliyyət göstərir.

Ətraflı məlumatı (012) 117 nömrəli telefondan, Bankın saytından (www.unibank.az ) və yaxud facebook və twitter səhifələrindən (www.facebook.com/unibank.az , https://twitter.com/unibank) əldə etmək olar.