"Unibank" 2017-ci ilin I rübünün yekunu ilə bağlı maliyyə göstəricilərini açıqlayıb

Maliyyə
  • 14 aprel, 2017
  • 10:38
Unibank 2017-ci ilin I rübünün yekunu ilə bağlı maliyyə göstəricilərini açıqlayıb

Bakı. 14 aprel. REPORT.AZ/ “Unibank” ASC-nin cəmi aktivləri bu il aprelin 1-nə 702,406 mln. manat təşkil edib.

“Report” Bankın maliyyə hesabatına istinadən xəbər verir ki, bu, ötən il aprelin 1-i ilə müqayisədə 14,6% azdır.

“Unibank”ın aktivlərinin təxminən 58%-ni və yaxud 406,999 mln. manatını müştərilərə verilmiş kreditlər təşkil edib. Son 1 ildə Bankın kredit portfeli 25,9% kiçilib.

Hesabat dövründə “Unibank”ın cəmi öhdəlikləri 14,7% azalaraq 634,623 mln. manat, o cümlədən depozit portfeli 7% azalaraq 355,497 mln. manat olub.

İl ərzində Bankın cəmi kapitalı isə 13,3% azalaraq 67,783 mln. manata düşüb.

Bu ilin I rübündə “Unubank”ın faiz gəlirləri 17,751 mln. manat (2016-cı ilin eyni dövrünə nisbətən 52,1% az), faiz xərcləri 6,242 mln. manat (47,5% az), qeyri-faiz zərəri 3,451 mln. manat (ötən ilin eyni dövründə gəlir olub), qeyri-faiz xərcləri isə 11,621 mln. manat (0,9% az) təşkil edib. Son nəticədə Bankın xalis əməliyyat zərəri 3,563 mln. manat olub.

“Unibank” aktivlər üzrə mümkün zərərlərin ödənilməsi üçün xüsusi ehtiyatların yaradılmasına çəkdiyi xərclərə 3,23 mln. manat qənaət edib və rübü 334 min manat xalis zərərlə başa vurub. Bu isə illik müqayisədə 98,3% azdır.

Xatırladaq ki,"Unibank" 2002-ci ildə Azərbaycanın iki kommersiya bankı - 1992-ci ildən fəaliyyət göstərən "Mbank" və 1994-cü ildən möcvud olan "Promtexbank"ın birləşməsi ilə yaradılıb. Onun nizamnamə kapitalı 70 565 232 manatdır. Bu məbləği hər birinin nominal dəyəri 2,72 manat olan 25 943 100 adi və imtiyazlı səhm əsasında formalaşıb. Səhmlərin 56,91%-i Eldar Mahmud oğlu Qəribova (Müşahidə Şurasının sədri), 12,15%-i Avropa Yenidənqurma və İnkişaf Bankına (EBRD), 6,68%-i Almaniyanın "DEG" investisiya şirkətinə, 4,41%-i Zemfira Mirzə qızı Cəfərovaya, 19,85%-i isə digər fiziki və hüququ şəxslərə, minoritar səhmdarlara məxsusdur.