Ukrayna Milli Bankı əsginazları karantinə alacaq

Maliyyə
  • 17 mart, 2020
  • 15:12
Ukrayna Milli Bankı əsginazları karantinə alacaq

Ukrayna Milli Bankı dövriyyədə olan əsginazları banklar vasitəsi ilə yığaraq 2 həftəlik karantinə alacaq.

“Report” bu barədə xarici mətbuata istinadən xəbər verir. 

Məlumata görə, pullar dezinfeksiya edilərək yenidən bazara buraxılacaq.