“Twitter”in gəlirləri rekord həddə çatıb

“Twitter”in gəlirləri rekord həddə çatıb ABŞ-ın “Twitter” sosial şəbəkəsinin gəlirləri ötən ilin IV rübündə illik müqayisədə 11% artaraq 1,01 milyard ABŞ dollarına çatıb.
Maliyyə
7 Fevral , 2020 10:01
“Twitter”in gəlirləri rekord həddə çatıb

ABŞ-ın “Twitter” sosial şəbəkəsinin gəlirləri ötən ilin IV rübündə illik müqayisədə 11% artaraq 1,01 milyard ABŞ dollarına çatıb.

“Report” xarici mətbuata istinadən xəbər verir ki, bu göstərici ilə şirkət rüb ərzində əldə etdiyi gəlir üzrə tarixi rekordunu yeniləyib.

Məlumata görə, hesabat dövründə şirkətin xalis mənfəəti 53,3% azalaraq 119 milyon ABŞ dolları olub.

“Twitter”in 2019-cu ildə ümumi illik gəliri 2018-ci illə müqayisədə 14% artaraq 3,46 milyard ABŞ dollarına çatıb.

Qeyd edək ki, “Twitter”in gündəlik istifadəçilərinin sayı ötən ilin IV rübündə 2018-ci ilin eyni dövrü ilə müqayisədə 20,6% artaraq 152 milyona çatıb. Şirkətin bu ilin ilk rübünə gəlirlərini 825-885 milyon ABŞ dolları çərçivəsində proqnozlaşdırır.

Son xəbərlər

Orphus sistemi