Türkiyədə "İqtisadi İslahatlar Paketi" açıqlanıb

Maliyyə
  • 10 aprel, 2019
  • 11:16
Türkiyədə İqtisadi İslahatlar Paketi açıqlanıb

Türkiyənin xəzinə və maliyyə naziri Berat Albayrak hökumətin 2019-cu ildə həyata keçirəcəyi planlarla bağlı "İqtisadi İslahatlar Paketi"ni açıqlayıb. 

“Report” bu barədə türk mətbuatına istinadən xəbər verir. 

Nazirin sözlərinə görə, islahatlar, ilk növbədə, ölkənin maliyyə sektorunda, o cümlədən banklarda aparılacaq: "Kreditləşmə daha yaxşı və hər kəsin marağına uyğun formada yenidən təşkil ediləcək. Yeni hüquqi forma restrukturizasiya proseslərini və debitor borcların yığımını sürətləndirəcək, şirkətlərin borc ödəmə qabiliyyətini itirməsinin qarşısı qısa zamanda alınacaq". 

Nazir islahatların və dəyişikliklərin 4 il yarım davam edəcəyini də qeyd edib.