Türkiyədə faizlər 8 illik maksimuma yüksəlib

Türkiyədə faizlər 8 illik maksimuma yüksəlib Faizlərin artmağa davam etməsi gözlənilir
Maliyyə
23 Avqust , 2017 12:53
Türkiyədə faizlər 8 illik maksimuma yüksəlib

Bakı. 23 avqust. REPORT.AZ/ Türkiyə Xəzinədarlığı tərəfindən dünən keçirilən istiqraz hərracının nəticələrinə əsasən, 2 illik müddətə yerləşdirilimiş istiqrazların faiz dərəcəsi son 8 ilin maksimal səviyyəsinə yüksəlib. "Report" "Bloomberg" agentliyinə istinadən xəbər verir ki, hərracda faiz həddi 11,71% olub.

Analitiklər faizin artmasına səbəb kimi büdcə xərclərini maliyyələşdirmək üçün yerli və xarici valyutaya tələbin artması amilini göstərirlər.

"Report"un analitik qrupu bildirir ki, Türkiyədə faizlərin artması prosesi qlobal maliyyə bazarlarında eyni istiqamətli hərəkətə uyğun olaraq davam edəcək. Bununla yanaşı, yerli valyutanın zəifləməsi müşahidə olunacaq.

Son xəbərlər

Orphus sistemi