Türkiyədə dollar yeni rekord səviyyəyə yüksəlib

Türkiyədə dollar yeni rekord səviyyəyə yüksəlib "Report": Bu ilin sonuna qədər məzənnə 3,60 TRY/USD-yə çata bilər
Maliyyə
2 Dekabr , 2016 14:15
Türkiyədə dollar yeni rekord səviyyəyə yüksəlib

Bakı. 2 dekabr. REPORT.AZ/ Türkiyədə ABŞ dollarının məzənnəsi yeni tarixi rekord səviyyəyə yüksəlib. 

"Report" xəbər verir ki, bu gün, dekabrın 2-də nağd valyuta bazarında məzənnə 3,5250 TRY/USD-yə yüksəlib. Buna səbəb Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın bir neçə dəqiqə bundan əvvəl ölkədə faizləri azaltmaq zərurəti barədə açıqlaması olub. 

Qeyd edək ki, makroiqtisadiyyatda milli valyutanın məzənnəsi zəifləyirsə, yəni devalvasiya baş verirsə, ölkədə uçot dərəcəsinin artırılaraq milli valyutaya marağın artırılması əsas şərt kimi qəbul edilir. Həmçinin, "Moody's" beynəlxalq reytinq agentliyi bu günə nəzərdə tutulan Türkiyənin kredit reytinqi qiymətləndirməsini öz təqvimindən çıxardığını açıqlayıb.

"Report"un analitik qrupu ilin sonuna qədər TRY/USD məzənnəsinin 3,60-dək yüksəldikdən sonra 3,45-dək geriləyəcəyini proqnozlaşdırır.

Son xəbərlər

Orphus sistemi