Türkiyə Mərkəzi Bankı valyuta bazarına birbaşa müdaxilə etməyəcək

Türkiyə Mərkəzi Bankı valyuta bazarına birbaşa müdaxilə etməyəcək Uçot dərəcəsi artırılmasa da, dolların bahalaşması prosesi davam edəcək
Maliyyə
10 Yanvar , 2017 17:16
Türkiyə Mərkəzi Bankı valyuta bazarına birbaşa müdaxilə etməyəcək

Bakı. 10 yanvar. REPORT.AZ/ "Türkiyə Mərkəzi Bankının (TCMB) valyuta bazarına birbaşa müdaxilə etməsi yanlış qərar olar". 

"Report" "Bloomberg" agentliyinə istinadən xəbər verir ki, bu açıqlamanı Türkiyənin iqtisadiyyat naziri Nihat Zeybekçi verib. O həmçinin, uçot dərəcəsinin artırılmasının iqtisadiyyata zərər verəcəyini bildirib.

Xatırladaq ki, bu gün TCMB valyutada olan məcburi ehtiyatlar üzrə faiz dərəcəsini 0,5 faiz bəndi azaldıb. Bununla da TCMB bank sisteminə əlavə 1,5 mlrd. ABŞ dolları həcmində likvidlik ötürüb. Bu qərardan sonra valyuta bazarında dolların məzənnəsi 3,7880 TRY/USD səviyyəsindən 1,3% azalaraq 3,74 TRY/USD-yə enib. Lakin hazırda dünya bazarında dolların məzənnəsinin müşahidə olunan möhkəmlənməsi lirəyə təsirini davam etdirib və Türkiyədə dolların məzənnəsi 3,77 TRY/USD-ni ötüb.

"Report"un analitik qrupu TCMB-nin uçot dərəcəsini artıracağı təqdirdə dolların məzənnəsinin daha da yüksələcəyini proqnozlaşdırır.

Son xəbərlər

Orphus sistemi