Türkiyə lirəsinin məzənnəsi bir daha tarixi minimuma enib

Türkiyə lirəsinin məzənnəsi bir daha tarixi minimuma enib Sentyabrın 28-də Türkiyə lirəsi ABŞ doloalrına qarşı 1 faiz ucuzlaşaraq 7,8 lirə səviyyəsinə geriləməklə tarixi minimumunu yeniləyib.
Maliyyə
28 Sentyabr , 2020 18:37
Türkiyə lirəsinin məzənnəsi bir daha tarixi minimuma enib

Sentyabrın 28-də Türkiyə lirəsi ABŞ dollarına qarşı 1 faiz ucuzlaşaraq 7,8 lirə səviyyəsinə geriləməklə tarixi minimumunu yeniləyib.

“Report” xəbər verir ki, son dəfə ayın əvvəlində minimumunu qeyd edən Türkiyə valyutasının ucuzlaşması o dəfə sırf iqtisadi amillərlə, yəni ölkədə avqust ayındakı inflyasiyanın yüksək səviyyəsinə dair məlumatların açıqlanması ilə bağlıdırsa, bu dəfəki geriləmə daha çox Azərbaycan – Ermənistan arasında başlayan hərbi toqquşmalarla izah olunur.

Hərçənd bir çox ekspertlərə görə, Qarabağ cəbhəsindəki vəziyyət lirənin ucuzlaşmasına yalnız təkan verib. Belə ki, cari il ərzində ən çox ucuzlaşan və dəfələrlə tarixi minimumu yeniləyən Türkiyə lirəsinin bu trendi ölkənin qızıl ehtiyatlarının azalması, habelə prezident Rəcəb Tayyib Ərdoğanın yürütdüyü iqtisadi və siyasi xəttə dair sərmayədarlar arasında mənfi gözləntilər ilə bağlıdır.

Son xəbərlər

Orphus sistemi