Türkiyə lirəsinin məzənnəsi artıb

Türkiyə lirəsinin məzənnəsi artıb Türkiyə lirəsinin ABŞ dollarına qarşı məzənnəsi ötən gün 18,4 TL/USD-dək rekord həddə azaldıqdan sonra bu gün kəskin artaraq 11,1 TL/USD-yə çatıb.
Maliyyə
21 Dekabr , 2021 12:16
Türkiyə lirəsinin məzənnəsi artıb

Türkiyə lirəsinin ABŞ dollarına qarşı məzənnəsi ötən gün 18,4 TL/USD-dək rekord həddə azaldıqdan sonra bu gün kəskin artaraq 11,1 TL/USD-yə çatıb.

“Report” xəbər verir ki, dekabrın 16-da Türkiyə Mərkəz Bankı faiz dərəcəsini 15-dən 14-dək azaltmaq qərarını verməsi lirə məzənnəsinin kəskin azalmasına gətirib çıxarmışdı. Lakin dünən Nazirlər Kabinetinin məzənnə məsələsinə həsr olunmuş iclasında Prezident Rəcəb Tayib Ərdoğan bildirib ki, hökumət ixracatçılara Mərkəz Bankı üzərindən forvard məzənnə təqdim edəcək, özəl təqaüd fondlarına köçürmələri artıracaq, şirkətlərin dividendlərindən alınan vergiləri azaldacaq, lirə əmanətlərini təşviq edəcək.

Dünənki hərracın sonunda 13,21 TL/USD təşkil edən lirənin məzənnəsi bu gün Bakı vaxtı ilə saat 10.30-a olan vəziyyətə görə, 11,67 TL/USD səviyyəsində olsa da, arada 11,15-dək bahalaşıb.

Xatırladaq ki, bu ilin yanvar ayında Türkiyə lirəsinin məzənnəsi 7,4 TL/USD olub.

Son xəbərlər

Orphus sistemi