Türkiyə Azərbaycana ixracını 4% artırıb

Türkiyə Azərbaycana ixracını 4% artırıb Bu ilin yanvar-mart aylarında Türkiyə Azərbaycana 488 milyon ABŞ dolları dəyərində məhsul ixrac edib.
Maliyyə
5 Aprel , 2022 16:58
Türkiyə Azərbaycana ixracını 4% artırıb

Bu ilin yanvar-mart aylarında Türkiyə Azərbaycana 488 milyon ABŞ dolları dəyərində məhsul ixrac edib.

“Report” Türkiyə İxracatçılar Məclisinə (TİM) istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 4 % çoxdur.

Təkcə mart ayında isə Azərbaycan Türkiyədən 179,6 milyon dollarlıq məhsul idxal edib ki, bu da 1 il əvvələ nisbətən 0,9% azdır.

I rübdə Türkiyənin ümumi ixracının dəyəri isə illik müqayisədə 22,6% artaraq 55 149 milyon dollara çatıb.

Son xəbərlər

Orphus sistemi