Bakı. 17 oktyabr. REPORT.AZ/ Azərbaycanın "Turanbank" ASC peşə bayramı münasibətilə energetiklərə kredit faizlərində 3% endirim edib. Bu barədə "Report"a Bankın baş ofisindən məlumat verilib.
Oktyabrın 20-22-də "Azərenerji” ASC, "Bakıelektrikşəbəkə" ASC, Naxçıvan MR Energetika İdarəsi və Alternativ və Bərpa olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyinin əməkdaşları üçün bankın mövcud istehlak kreditlərinin illik faizlərində endirim olunacaq. Göstərilən tarixlərdə "Turanbank"ın istənilən filialına müraciət etməklə qeyd olunan endirimdən yararlanmaq mümkündür.
Kredit faizlərində endirim "Turanbank"ın müxtəlif peşə sahibləri üçün nəzərdə tutulan endirimli kampaniyaları çərçivəsində həyata keçirilir.
Xatırladaq ki, Azərbaycan prezidentinin 2004-cü il 13 oktyabr tarixli sərəncamı ilə hər il oktyabrın 20-si Energetiklər Günü kimi qeyd edilir.