​"Turanbank" yanğınsöndürənlər üçün kredit aksiyası keçirir

​"Turanbank" yanğınsöndürənlər üçün kredit aksiyası keçirir Azərbaycanın "Turanbank" ASC Dövlət Yanğından Mühafizə Xidmətinin işçilərinə peşə bayramları münasibətilə oktyabrın 10-14-də
Maliyyə
9 Oktyabr , 2014 13:04
​Turanbank yanğınsöndürənlər üçün kredit aksiyası keçirir
Bakı. 9 oktyabr. REPORT.AZ/ Azərbaycanın "Turanbank" ASC Dövlət Yanğından Mühafizə Xidmətinin işçilərinə peşə bayramları münasibətilə oktyabrın 10-14-də istehlak kreditlərinin illik faizlərində 3% endirim edəcək. Bu barədə “Report”a Bankın mərkəzi ofisindən məlumat verilib.

Göstərilən tarixlərdə Bankın istənilən filialına müraciət etməklə qeyd olunan endirimdən yararlanmaq mümkündür. Kredit faizlərində endirim Bankın müxtəlif peşə sahibləri üçün nəzərdə tutulan endirimli kampaniyalar çərçivəsində həyata keçirilir.

Xatırladaq ki, 2002-ci ildən etibarən 10 oktyabr Azərbaycanda yanğınsöndürənlərin peşə bayramı günü kimi qeyd olunur.

Son xəbərlər

Orphus sistemi