​"Turanbank"ın aktivləri bu il 18% artıb

​"Turanbank"ın aktivləri bu il 18% artıb İlin əvvəlindən Bankın kredit portfeli 20%, depozit portfeli isə 22% artıb
Maliyyə
18 İyun , 2015 10:19
​Turanbankın aktivləri bu il 18% artıb

Bakı. 18 iyun. REPORT.AZ/ Bu ilin iyunun 1-nə "Turanbank" ASC-nin aktivləri 2014-cü ilin müvafiq dövrü ilə müqayisədə 39%, ilin əvvəlinə nisbətən isə 18% artaraq 377,1 mln. manat təşkil edib. Bu barədə "Report"a Bankın baş ofisindən məlumat verilib.

Məlumata görə, Bankın kredit portfeli isə ötən ilin yanvar-may ayı ilə müqayisədə 35%, ilin əvvəlindən 20% artaraq 264,9 mln. manata çatıb.

İyunun 1-də Bankın müştəri hesabları və depozit portfeli 2014-cü ilin müvafiq dövrü ilə müqayisədə 35%, ilin əvvəlinə nisbətən isə 22% artaraq 174,8 mln. manat təşkil edib. Depozit portfelinin strukturunda fiziki şəxslərin müddətli əmanətlərinin həcmi illik müqayisədə 25,9%, cari ilin əvvəli ilə müqayisədə isə 14,5% artaraq 82,7 mln. manat olub.

Bununla yanaşı, iyunun 1-i vəziyyətinə "Turanbank"ın nizamnamə kapitalı 47 mln. manat, məcmu kapitalı isə 51,7 mln. manat təşkil edib.

Bu ilin ilk 5 ayında Bankın gəlirləri 13,085 mln. manat, xərcləri isə 14,005 mln. manat təşkil edib. Nəticədə, Bankı hesabat dövrünü 920 min manat zərərlə başa vurub. 

Son xəbərlər

Orphus sistemi