​"Turanbank" dövlət qulluqçuları üçün kredit aksiyası keçirir

​"Turanbank" dövlət qulluqçuları üçün kredit aksiyası keçirir Göstərilən tarixlərdə bankın istənilən filialına müraciət etmək olar
Maliyyə
22 İyun , 2015 16:42
​Turanbank dövlət qulluqçuları üçün kredit aksiyası keçirir

Bakı. 22 iyun. REPORT.AZ/ "Turanbank" ASC dövlət qulluqçularına peşə bayramları münasibətilə iyun 23-25-də mövcud istehlak kreditlərinin illik faizlərində 3% endirim edib. Bu barədə "Report"a bankın mərkəzi ofisindən məlumat verilib.

Göstərilən tarixlərdə bankın istənilən filialına müraciət etməklə qeyd olunan endirimdən yararlanmaq mümkündür.

Kredit faizlərində endirim bankın müxtəlif peşə sahibləri üçün nəzərdə tutulan endirimli kampaniyaları çərçivəsində həyata keçirilir.

Xatırladaq ki, Prezident İlham Əliyevin 25 may 2006-cı il tarixində imzaladığı sərəncama əsasən, hər il iyunun 23-ü ölkədə dövlət qulluqçularının peşə bayramı günü kimi qeyd olunur.

Son xəbərlər

Orphus sistemi