“Troni İnvestisiya Şirkəti” nizamnamə kapitalını artırır

Maliyyə
  • 15 fevral, 2025
  • 05:57
“Troni İnvestisiya Şirkəti” nizamnamə kapitalını artırır

“Troni İnvestisiya Şirkəti” QSC nizamnamə kapitalını 236 400 manat və yaxud 16,2 % artıraraq 1 463 200 manatdan 1 699 600 manata çatdırmağı planlaşdırır.

“Report” xəbər verir ki, kapital artımı maliyyə qurumunun dövriyyədə olan 10 min səhminin nominal dəyərinin 146,32 manatdan 169,96 manata çatdırılması hesabına baş tutacaq.

Xatırladaq ki, “Troni İnvestisiya Şirkəti” 2021-ci ildə yaradılıb. Onun yeganə səhmdarı Siyavuş Səfiyevdir. Maliyyə qurumu 2022-ci ildə Azərbaycan Mərkəzi Bankından lisenziya alıb.

44 filmi