Tokio fond birjasında indekslər yüksəldi

Tokio fond birjasında indekslər yüksəldi Çərşənbə günü Tokio fond birjasının əsas indeksləri Yaponiyadakı Olimpiadanın 2021-ci ilin yayına qədər təxirə salınmasına dair razılaşmalar fonunda 8%-dən çox artıb.
Maliyyə
178
25 Mart , 2020 12:02
Tokio fond birjasında indekslər yüksəldi
ТАСС

Çərşənbə günü Tokio fond birjasının əsas indeksləri Yaponiyadakı Olimpiadanın 2021-ci ilin yayına qədər təxirə salınmasına dair razılaşmalar fonunda 8%-dən çox artıb.

“Report” TASS-a istinadən xəbər verir ki, bunu birjanın saytında yerləşdirilən ticarət sövdələşmələri göstərir.

Belə ki, ölkənin 225 aparıcı şirkətinin səhm qiymətlərindəki tərəddüdləri əks etdirən “Nikkei” indeksi 8,04% artaraq 19546,63 bənd səviyyəsinə yüksəlib. Birjanın elit birinci hissəsindəki bütün şirkətlərin səhmlərinin kursunu əks etdirən daha geniş TOPIX indeksi isə 6,87%, başqa sözlə 1424,62 bəndədək yüksəlib.

“Kyodo” agentliyi qeyd edir ki, Tokiodakı investorlar daha çox yerli biznes üçün sərfəli olan Olimpiya Oyunlarının təxirə salınması qərarından məmnun qalıblar.

Hərracda Yaponiya valyutası bir qədər zəifləyib ki, bu da yerli ixracatçılara faydalıdır. Hazırda 1 ABŞ dolları təqribən 111 yenə bərabərdir.

Son xəbərlər

Orphus sistemi