“Tesla” səhmlərini yenə də satışa çıxaracaq

“Tesla” səhmlərini yenə də satışa çıxaracaq “Tesla” şirkəti 5 milyard ABŞ dollarına yaxın həcmdə səhmlərini satışa çıxarmağı nəzərdə tutur.
Maliyyə
1 Sentyabr , 2020 20:35
“Tesla” səhmlərini yenə də satışa çıxaracaq

“Tesla” şirkəti 5 milyard ABŞ dollarına yaxın həcmdə səhmlərini satışa çıxarmağı nəzərdə tutur.

“Report” “Bloomberg”ə istinadən xəbər verir ki, həmin səhmlər şirkət tərəfindən səhmlərinin beş yerə bölünməsi nəticəsində yaranıb.

Avqustun 31-də başa çatan bu bölünmədən yaranan qiymətli kağızları birjada yerləşdirmək üçün bir neçə bankla razılıq əldə edilib.

Hazırda bazar dəyəri 480 ABŞ dollarına yaxın olan səhmlərdən bütövlükdə 5 milyard ABŞ dolları həcmində birjada yerləşdirmək hədəflənir.

Bazar dəyəri 455 milyard ABŞ dollarına yaxın olan “Tesla” şirkətinin son 10 ildə bu cür bölünən səhmləri yerləşdirməklə 14 milyard ABŞ dollarınadək qazanc əldə etdiyi bildirilir. Son dəfə cari ilin fevral ayında keçirilmiş bənzər əməliyyat zamanı 2 milyard ABŞ dollarına yaxın həcmdə qiymətli kağızlar satılmışdı. O zaman 700 ABŞ dollarından baha olan səhmlər avqust ayının sonuna yaxın ilk dəfə 2 000 ABŞ dolları həddini keçib.

Xatırladaq ki, 2003-cü ildə İlon Mask tərəfindən təsis edilən və ABŞ-ın Kaliforniya ştatının Palo-Alto şəhərində yerləşən “Tesla” şirkəti elektrik avtomobili, günəş panelləri və s. alternativ enerji avadanlığı istehsal edir.

Son xəbərlər

Orphus sistemi