“Təmiz Şəhər"in nizamnamə kapitalı kəskin artırılacaq

Maliyyə
  • 16 yanvar, 2023
  • 05:16
“Təmiz Şəhərin nizamnamə kapitalı kəskin artırılacaq

“Təmiz Şəhər” ASC-nin nizamnamə kapitalı 118 320 759 manat və yaxud 13,9 dəfə artırılaraq 9 149 672 manatdan 127 470 431 manata çatdırılacaq.

“Report”un əldə etdiyi məlumata görə, kapital artımı şirkətin dövriyyədə olan 1 səhminin nominal dəyərinin artırılması hesabına baş tutacaq.

Xatırladaq ki, "Təmiz Şəhər" 2009-cu ildə İqtisadiyyat Nazirliyinin tabeliyində yaradılıb, 2021-ci ildə Azərbaycan İnvestisiya Holdinqinin idarəetməsinə verilib. Şirkət Bakıdakı bərk məişət tullantılarının yerləşdirilməsi və zərərsizləşdirilməsi sisteminin müasir standartlara uyğun qurulması və idarə edilməsi ilə şəhərin ekoloji vəziyyətinin yaxşılaşdırılmasını həyata keçirir.