Taleh Kazımov: "Gələn il illik inflyasiya tədricən birrəqəmli həddə enəcək"

Taleh Kazımov: "Gələn il illik inflyasiya tədricən birrəqəmli həddə enəcək" "Gələn il Azərbaycanda xarici amillərin əlverişli dəyişməsi ilə illik inflyasiyanın tədricən birrəqəmli həddə enəcəyi proqnozlaşdırılır".
Maliyyə
29 İyul , 2022 11:25
Taleh Kazımov: Gələn il illik inflyasiya tədricən birrəqəmli həddə enəcək
Taleh Kazımov

"Gələn il Azərbaycanda xarici amillərin əlverişli dəyişməsi ilə illik inflyasiyanın tədricən birrəqəmli həddə enəcəyi proqnozlaşdırılır".

“Report” xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Taleh Kazımov onlayn rejimdə keçirdiyi mətbuat konfrasında bildirib.

Onun sözlərinə görə, mövsümi amillərin bu ay və gələn ay inflyasiyaya azaldıcı təsir göstərəcəyi gözlənilir.

"Bu ilin sonuna baza amillərinə görə illik inflyasiyanın cari tempdən aşağı olacağı proqnozu dəyişməz qalır", - o əlavə edib.

T. Kazımov bildirib ki, AMB bu ilin sonuna Azərbaycanda illik inflyasiyanı 12,5-12,8 % intervalında proqnozlaşdırır: "Son 2 ayda mövsümü amillərlə bağlı ərzaq qiymətlərinin azalmasını müşahidə edirik. Bundan başqa, logistika xidmətlərinin dəyəri də azalır, bu tendensiya davam etsə, biz proqnozlarımıza yenidən baxa bilərik".

Son xəbərlər

Orphus sistemi