Mikayıl Cabbarov: “Startaplara tətbiq edilən güzəştlər vergi yığımlarına təsir etməyəcək”

Mikayıl Cabbarov: “Startaplara tətbiq edilən güzəştlər vergi yığımlarına təsir etməyəcək” “Startap şəhadətnaməsi”nin verilməsi üçün meyarların razılaşdırılması kifayət qədər uzun proses oldu. Biz meyarları o formatda və məzmunda yazmalı idik ki, burada bir tərəfdən innovativ fəaliyyət, startap fəaliyyəti üçün güzəştlər tətbiq edilsin”.
Maliyyə
16 Yanvar , 2020 15:33
Mikayıl Cabbarov: “Startaplara tətbiq edilən güzəştlər vergi yığımlarına təsir etməyəcək”
Mikayıl Cabbarov / Report / Firi Salim

“Startap şəhadətnaməsi”nin verilməsi üçün meyarların razılaşdırılması kifayət qədər uzun proses oldu. Biz meyarları o formatda və məzmunda yazmalı idik ki, burada bir tərəfdən innovativ fəaliyyət, startap fəaliyyəti üçün güzəştlər tətbiq edilsin”. 

Bunu 2019-cu ilin yekunlarına həsr olunmuş mətbuat konfransında “Report”un “Startap şəhadətnaməsi”nin verilməsində yubanmaların olması ilə bağlı sualına aydınlıq gətirən İqtisadiyyat naziri Mikayıl Cabbarov deyib.

M.Cabbarov əlavə edib ki, prosesin uzanmasının səbəblərindən biri də ədalətli rəqabət prinsiplərinin pozulmamasına nail olmaq olub: “Digər tərəfdən bu vergi güzəşti sui-istifadə elementinə çevrilməsin və ədalətsiz rəqabətə gətirib çıxarmasın. Biz burada əminik ki, qəbul edilmiş qanunvericilik çərçivəsi bizə bu imkanı verir. Növbəti məsuliyyət zonamız həmin qanunvericilik çərçivəsinin tətbiqi, inzibatçılığıdır. Biz bu sahədə də kifayət qədər bilik, bacarıq, resurs və istəyimizin mövcudluğuna və o məsələlərin öz əksini tapmasına inanırıq.

Bunu da unutmaq lazım deyil ki, ədalətli rəqabətin təmin edilməsi İqtisadiyyat Nazirliyinin tərkibində fəaliyyət göstərən müvafiq xidmətin əsas vəzifələrindən biridir. Bu prizmadan əgər istənilən fəaliyyət antiinhisar rəqabəti pozan fəaliyyət kimi qiymətləndirilə bilərsə, bu hər zaman analoji şəkildə baxıla bilər. Yəni biz bu funksiyanı nəinki unutmuruq, bu funksiya bazar iqtisadiyyatında ən əsas funksiyalardan biridir”, - deyə nazir əlavə edib.

İqtisadiyyat naziri startaplara tətbiq edilən güzəştlərin vergi yığımlarına təsiri olmayacağını qeyd edib: “Bu, birinci hal deyil ki, ölkə qanunvericiliyində bu və ya digər sahələrin inkişafı üçün xüsusi güzəştlər tətbiq edilir. Digər qanunvericilikdə təsbit edilmiş məqsədlər üçün mənim göstərdiyim bəzi rəqəmlərdən, dinamikadan da görürük ki, hətta əhəmiyyətli güzəştlərin tətbiq edilməsi belə vergi və fiskal yığımlara təsiri hesablanaraq verilir. Hətta qısa müddətdə biz onların nəticələrini görə bilirik”, - M.Cabbarov əlavə edib.

Son xəbərlər

Orphus sistemi