SOCAR büdcə ödənişini 9% artırıb

SOCAR büdcə ödənişini 9% artırıb Dövlət Sosial Müdafiə Fonduna isə ödəniş 24% artıb
Maliyyə
9 Fevral , 2017 17:36
SOCAR büdcə ödənişini 9% artırıb

Bakı. 9 fevral. REPORT.AZ/ Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) tərəfindən 2017-ci ilin yanvar ayında dövlət büdcəsinə 128,187 mln. manat vəsait ödənilib.

"Report" SOCAR-a istinadən xəbər verir ki, bu göstərici 2016-cı ilin yanvar ayı ilə müqayisədə 10,505 mln. manat və ya 8,9% çox olub.

Bundan əlavə, cari ilin yanvar ayında SOCAR Dövlət Sosial Müdafiə Fonduna 12,507 mln. manat vəsait köçürüb. Bu, 2016-cı ilin analoji dövrü ilə müqayisədə 2,379 mln. manat və ya 23,5% çoxdur.

Son xəbərlər

Orphus sistemi