SKMF bağlanmış banklarda qalmış vəsaitinin 10 mln. manatını geri alıb

SKMF bağlanmış banklarda qalmış vəsaitinin 10 mln. manatını geri alıb Bakı. 18 aprel. REPORT.AZ/ İqtisadiyyat Nazirliyi yanında Sahibkarlığa Kömək Milli Fondunun (SKMF) son illər bağlanmış banklarda təxminən 200 mln. manat vəsaiti olub.
Maliyyə
18 Aprel , 2018 12:17
SKMF bağlanmış banklarda qalmış vəsaitinin 10 mln. manatını geri alıb

Bakı. 18 aprel. REPORT.AZ/ İqtisadiyyat Nazirliyi yanında Sahibkarlığa Kömək Milli Fondunun (SKMF) son illər bağlanmış banklarda təxminən 200 mln. manat vəsaiti olub.

“Report” xəbər verir ki, bu barədə Fondun icraçı direktoru Şirzad Abdullayev məlumat verib.

Onun sözlərinə görə, həmin vəsaitin 50 mln. manatını bankların ləğvedicisi olan Azərbaycan Əmanətlərin Sığortalanması Fondu (ADIF) geri qaytarıb. Bunun isə 10 mln. manatı Fonda ödənilib.

“Hazırda qalan vəsaitlə bağlı ADIF-lə danışıqlar gedir”, - deyə o, qeyd edib. 

Son xəbərlər

Orphus sistemi