Azərbaycanda sığorta bazarı 32% artıb

Azərbaycanda sığorta bazarı 32% artıb Bakı. 20 dekabr. REPORT.AZ/ 2018-ci ilin yanvar-noyabr ayları ərzində ölkədə fəaliyyət göstərən 21 sığorta şirkəti tərəfindən 663,9 mln. manat məbləğində sığorta haqları toplanıb, 224,1 mln. manat məbləğində sığorta ödənişi həyata keçirilib.
Maliyyə
20 Dekabr , 2018 13:07
Azərbaycanda sığorta bazarı 32% artıb

Bakı. 20 dekabr. REPORT.AZ/ 2018-ci ilin yanvar-noyabr ayları ərzində ölkədə fəaliyyət göstərən 21 sığorta şirkəti tərəfindən 663,9 mln. manat məbləğində sığorta haqları toplanıb, 224,1 mln. manat məbləğində sığorta ödənişi həyata keçirilib.

“Report”un Maliyyə Bazarlarına Nəzartə Palatasına istinadən verdeiyi xəbərə görə, ötən ilin eyni dövrü ilə müqayisədə sığorta yığımlarında 31,7% artım, ödənişlərdə isə 2,9% azalma qeydə alınıb.

Könüllü sığorta bazarı üzrə haqlar 485,3 mln. manat, ödənişlər isə 162,4 mln. manat təşkil edib. İcbari sığorta bazarı üzrə haqlar 178,6 mln. manat, ödənişlər isə 61,7 mln. manat olub.

2018-ci ilin yanvar-noyabr ayları ərzində sektor üzrə məcmu sığorta haqlarının 73,1%-i könüllü, 26,9%-i isə icbari sığorta növlərinin payına düşüb. Sığorta ödənişlərinin 72,5%-i könüllü, 27,5%-i isə icbari sığorta növləri hesabına formalaşıb.

Son xəbərlər

Orphus sistemi