"Report" xəbər verir ki, DGK sədri iki ölkə arasında mövcud münasibətlərə toxunaraq, Azərbaycanın Kolumbiya ilə bütün sahələrdə, o cümlədən gömrük sferasında qarşılıqlı əməkdaşlığı inkişaf etdirməkdə maraqlı olduğunu diqqətə çatdırıb.
Komitə sədri Prezident
Azərbaycan gömrük orqanlarının fiskal siyasət, narkotik maddələrin qanunsuz dövriyyəsinə və qaçaqmalçılığa qarşı mübarizə və digər sahələrdə fəaliyyəti barədə də qonağı məlumatlandıran Səfər Mehdiyev, təcrübə mübadiləsinin və qarşılıqlı əməkdaşlığın iki ölkənin gömrük orqanlarına fayda verəcəyini vurğulayıb.
Qeyd edilib ki, iki ölkənin gömrük orqanları arasında qarşılıqlı səmərəli əlaqələr, öz növbəsində, iqtisadi-ticari münasibətlərin inkişaf etdirilməsinə mühüm töhfə verər, iqtisadi əməkdaşlığın potensialından maksimum yararlanmağa şərait yaradar.
Kolumbiya Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Luis Antonio Dimate Kardenas səmimi görüşə görə təşəkkürünü bildirib, iki ölkə arasında dostluq əlaqələrindən bəhs edərək, əməkdaşlığın daha da inkişaf etdirilməsi üçün böyük potensialın olduğunu vurğulayıb.
Səfir Azərbaycan gömrüyünün sürətlə inkişaf etdiyini, xüsusilə son dövrdə həyata keçirilən islahatları və mütərəqqi layihələri biznes mühitinin yaxşılaşdırılmasına, ticarətin asanlaşdırılmasına yönələn uğurlu addımlardan biri kimi dəyərləndirib. Qonaq ikitərəfli münasibətlərin gələcəkdə daha da intensivləşəcəyinə ümidvar olduğunu bildirib.
Görüşdə iki ölkə arasında iqtisadi-ticari əlaqələrin perspektivləri barəsində fikir mübadiləsi aparılıb.