"Saxo Bank" qlobal iqtisadiyyat üçün bədbin proqnoz verib

Maliyyə
  • 11 aprel, 2017
  • 11:39
Saxo Bank qlobal iqtisadiyyat üçün bədbin proqnoz verib

Bakı. 11 aprel. REPORT.AZ/ Yaxın 12-18 ay ərzində qlobal iqtisadiyyatı durğunluq gözləyir. "Report" "Lenta.ru" saytına istinadən xəbər verir ki, bunu CNBC telekanalına müsahibəsində Danimarkanın onlayn investisiya bankı olan "Saxo Bank"ın baş iqtisadçısı Stin Yakobsen (Steen Jakobsen) deyib. O bildirib ki, yaxın iki rüb ərzində qlobal iqtisadiyyatın aparıcı bölgəsi Avrozona olacaq. Avrozona iqtisadiyyatı artım tempinə görə ABŞ-ı üstələyəcək.

Bankın analitikləri Avropa səhmlərinin yüksək mənfəətləri ilə müqayisədə ucuz olduğunu bildiriblər. ABŞ səhmlərinin isə müsbət gözləntilərlə çox yüksəldiyi, gözləntilərin isə həyata keçə bilməmək ehtimalının olduğunu xatırladıb.