"Saxo Bank"ın strateqi: Çin ABŞ-la ticarət müharibəsində gərginliyi artırmamağa çalışır

Maliyyə
  • 06 iyul, 2018
  • 06:34
Saxo Bankın strateqi: Çin ABŞ-la ticarət müharibəsində gərginliyi artırmamağa çalışır

Bakı. 6 iyul. REPORT.AZ/ "Çin ABŞ-ın ticarət müharibəsində tətbiq etdiyi addımlara analoji alətlərlə cavab verir və gərginliyi artırmamağa çalışır".

"Report"un məlumatına görə, bunu Danimarkanın "Saxo Bank"ının baş valyuta strateqi Con Xardi deyib.

Onun sözlərinə görə, əgər Çin həqiqətən də genişmiqyaslı ticarət müharibə aparmaq istəsəydi, ABŞ-ın istehsalat zəncirində aparıcı bənd olan yerli şirkətlərə sanitar inspeksiyaları göndərməzdi, bununla da həmin şirkətləri bir neçə həftəyə və yaxud aya bağlaya bilərdi: "ABŞ şirkətləri üçün belə bir addım Çinin istənilən qərarı ilə müqayisədə daha ciddi zərbə vurardı". 

44 - Tezliklə