“Saudi Aramco”nun bazar dəyəri 2 trilyon dollara çatıb

“Saudi Aramco”nun bazar dəyəri 2 trilyon dollara çatıb Dekabrın 11-də Səudiyyə Ərəbistanının milli neft şirkəti, həm də dünyanın ən bahalı şirkəti Saudi Aramconun səhmləri, təxminən, 10% bahalaşaraq 38,7 riala və yaxud 10,3 ABŞ dollarına çatıb.
Maliyyə
12 Dekabr , 2019 15:10
“Saudi Aramco”nun bazar dəyəri 2 trilyon dollara çatıb

Dekabrın 11-də Səudiyyə Ərəbistanının milli neft şirkəti, həm də dünyanın ən bahalı şirkəti "Saudi Aramco"nun səhmləri, təxminən, 10% bahalaşaraq 38,7 riala və yaxud 10,3 ABŞ dollarına çatıb. 

“Report” xəbər verir ki, bununla da şirkətin bazar dəyəri 2 trilyon dollara çatıb. 

Günün sonunda isə səhmlərin qiyməti 37,15 riala və yaxud 9,9 dollara düşüb. 

Xatırladaq ki, "Saudi Aramco" dekabrın 5-də ilkin kütləvi tədavülünü (IPO) həyata keçirərək rekord məbləğdə - 25,6 milyard dollar gəlir əldə edib. Bunun üçün şirkətin səhmlərinin 1,5%-i və yaxud 3 milyard səhmi satışa çıxarılıb. İnvestorlar qiymətli kağızların hər birinə 32 rial və yaxud 8,5 dollar təklif ediblər. Ümumilikdə səhmlərə institusional investorlardan 106 milyard dollarlıq, fərdi investorlardan isə 119 milyard dollarlıq təklif olunub.

Uğurlu IPO-dan sonra "Saudi Aramco"nun bazar dəyəri kəskin artaraq 1,7 trilyon dollara çatıb və bu baxımdan şirkət dünyada 1-ci olub. 

Son xəbərlər

Orphus sistemi