​Şaiq Ələkbərov: "Muğanbank"ın başqa bankla birləşməsi gündəmdə deyil"

​Şaiq Ələkbərov: "Muğanbank"ın başqa bankla birləşməsi gündəmdə deyil" "Muğanbank" konsolidasiya ilə bağlı təklif almayıb
Maliyyə
106
28 Yanvar , 2016 14:31
​Şaiq Ələkbərov: Muğanbankın başqa bankla birləşməsi gündəmdə deyil

Bakı. 28 yanvar. REPORT.AZ/ Hazırkı mərhələdə "Muğanbank" ASC-nin hər hansı başqa bir kommersiya bankı ilə konsolidasiyası məsələsi gündəmdə deyil.

"Report" xəbər verir ki, bunu "Muğanbank" ASC-nin Müşahidə Şurasının üzvü Şaiq Ələkbərov bildirib.

"Muğanbank" konsolidasiya ilə bağlı nə hər hansı banka müraciət edib, nə də hər hansı bankdan təklif alıb", - deyə Ş.Ələkbərov qeyd edib.