Ruslan Talıbov: "Ötən il dünyada finteks sektoruna 210 milyard dollar investisiya edilib"

Ruslan Talıbov: "Ötən il dünyada finteks sektoruna 210 milyard dollar investisiya edilib" Bunun təxminən 4/1-i, yəni 51,7 milyard ABŞ dolları “e-tech” deyilən ödəniş sistemlərinə, 30 milyard ABŞ dolları isə kriptovalyutalar sahəsinə edilib
Maliyyə
16 İyun , 2022 11:51
Ruslan Talıbov: Ötən il dünyada finteks sektoruna 210 milyard dollar investisiya edilib

2021-ci ildə dünyada finteks sektoruna ümumilikdə 210 milyad ABŞ dolları məbləğində investisiya yatırılb.

“Report” xəbər verir ki, bunu “Fintex Summit" Maliyyə və Texnologiyalar Sərgisində çıxışı zamanı Azərbaycan Fintex Assosiasiyasının İdarə Heyətinin sədri Ruslan Talıbov qeyd edib.

Onun sözlərinə görə, bunun təxminən 4/1-i, yəni 51,7 milyard ABŞ dolları “e-tech” deyilən ödəniş sistemlərinə, 30 milyard ABŞ dolları isə kriptovalyutalar sahəsinə edilib.

R. Talıbov bildirib ki, qlobal maliyyə bazarına baxdıqda son dövrlərdə rəqəmsal ödənişlər, “rəqəmsal onbording”, E-KYC, “indi al, sonra ödə” kimi adlandırdığımız BMPL, neobanklar sahəsində son finteks trendləri kütləvi şəkildə görmək mümkündür: “Bir çox qlobal oyunçular bu trendlərdən kənara çıxaraq artıq kriptovalyuta ticarəti, müəyyən müştəri hesablarının, depozit hesablarının açılması və başqa formada öz müştərilərinə xidmət göstərirlər. Hazırda dünyada bu fintekslərə xüsusilə COVID-19 pandemiyasından sonra marağın artmasıbda əsasən onların daha çevik müştəri seqmentlərinə yönəlik məhsullar ortaya çıxarmaları və tətbiq etmələri ilə əlaqədardır”.

R.Talıbov Azərbaycanın bu sahədə təcrübəsinə də toxunub: “Azərbaycana gəldikdə isə, hələ ki xeyli gediləsi yolumuz var. Qlobal innovasiyalar indeksinə baxdıqda Azərbaycan 132 ölkə arasında dünyada 80-ci yerdə qərarlaşıb. Həyatın rəqəmsal keyfiyyəti indeksi üzrə isə 110 ölkə arasında 70-ci yerdəyik. Buna baxmayaraq, son dövrlərdə ölkəmizdə finteks sahəsində kifayət qədər irəliləyişlər hiss olunmaqdadır. İlkin təhlillər göstərir ki, Azərbaycanda 20-dən artıq fintek təşkilatı fəaliyyət göstərir. Bunların əksər hissəsi ödəniş aqreqator sahəsində və xidmətlərin satışı sahəsindədir. Ölkəmizdə fəaliyyət göstərən fintek şirkətlər əsasən komissiyalar və abunə haqları sahəsində formalaşmaqdadır.

Ölkəmizdə fintek ekosisteminin inkişafı üçün finteks şirkətlərinin də bir sıra gözləntiləri var. Bunlaırn həyata keçirilməsi bu sahənin daha effektiv, daha sürətli inkişaf etməsini şərtləndirəcək”.

Son xəbərlər

Orphus sistemi