Rusiyanın “Sberbank”ı səhmdarlarına 2 mlrd. dollardan artıq dividend ödəyəcək

Rusiyanın “Sberbank”ı səhmdarlarına 2 mlrd. dollardan artıq dividend ödəyəcək Bu, bankın hər səhminə 0,11 dollar mənfəət deməkdir
Maliyyə
497
26 May , 2017 16:06
Rusiyanın “Sberbank”ı səhmdarlarına 2 mlrd. dollardan artıq dividend ödəyəcək

Bakı. 26 may. REPORT.AZ/ Rusiyanın “Sberbank”ı 2016-cı ildə əldə etdiyi 497 mlrd. rubl (8,76 mlrd. ABŞ dolları) məbləğində mənfəətin 27,2%-ni və yaxud 135 mlrd. rublunu (2,38 mlrd. dollar) səhmdarlarına dividend kimi ödəyəcək.

“Report” Rusiya mətbuatına istinadən xəbər verir ki, bu, Bankın hər səhminə 6 rubl (0,11 dollar) mənfəət deməkdir.

Ötən il əldə edilmiş mənfəətin qalan 362 mlrd. rublluq (6,38 mlrd. dollarlıq) hissəsi isə kredit təşkilatının sərəncamında qalacaq.

Xatırladaq ki, “Sberbank” təkcə Rusiyada deyil, həm də MDB məkanında iri maliyyə qurumlarından biridir. Onun səhmlərinin 50%-i Rusiya Bankına (Mərkəzi Bank), 40%-i isə xarici şirkətlərə məxsusdur. Rusiyada bank əmanətlərinin təxminən yarısı, kreditlərin isə 1/3-i “Sberbank”ın payına düşür.

Bu il, mayın 1-nə Bankın aktivləri 22,317 trln. rubl (təxminən 393 mlrd. dollar), kapitalı 3,382 trln. rubl (təxminən 60 mlrd. dollar), kredit portfeli 14,7 trln. rubl (təxminən 259 mlrd. dollar), əmanət portfeli isə 11,255 trln. rubl (təxminən 198 mlrd. dollar) təşkil edib. 

Son xəbərlər

Orphus sistemi