Rusiyanın maliyyə texnologiyası şirkəti Azərbaycanla əməkdaşlığa maraq göstərir

Maliyyə
  • 15 dekabr, 2021
  • 10:09
Rusiyanın maliyyə texnologiyası şirkəti Azərbaycanla əməkdaşlığa maraq göstərir

Rusiyanın maliyyə texnologiyaları hazırlayan “OneSpan” şirkəti Azərbaycanın bir sıra nüfuzlu bankları ilə məsafəli xidmət sahəsindəki dələduzluğa qarşı məhsullarının sınağına dair danışıqlar aparır.

Şirkətin satış direktoru Dimitriy Zveginets “Report”a bildirib ki, Azərbaycanla əməkdaşlığa yenicə başlasalar da, bununla bağlı böyük ümidləri var: “Bir neçə fəal inteqrator şirkətilə təmas qurmuşuq, artıq gələn ikldən səmərəli əməkdaşlığa ümidvarıq”.

Azərbaycanda bankların zamanla ayaqlaşmağa can atdıqlarını, bununla bağlı müasir xidmət texnologiyalarının ya tətbiq edildiyini, ya da edilməkdə olduğunu deyən rusiyalı iş adamı “Nağdsız iqtisadiyyat” beynəlxalq bankçılıq forumunun əhəmiyyətini vurğulayıb: “Bizim şirkət ilk dəfədir forumda iştirak edir. Nəticələr diqqətə alınsa, bu forumun yüksək səviyyəli olduğunu birmənalı söyləmək olar. Forumda istifadəçilərin rəqəmsallaşmasının və bununla bağlı zəruri təhlükəsizlik tədbirlərinin artırılması kimi maraqlı və aktual məsələlər qaldırılıb”.

Onun sözlərinə görə, “OneSpan” şirkəti 15-dək bankla danışıqlar aparıb və təqdim etdiyi texnologiyalar böyük maraqla qarşılanıb.

Son xəbərlər

Bütün Xəbər Lenti