Rusiya baş nazirinin gəliri azalıb

Rusiya baş nazirinin gəliri azalıb Ötən il Dmitri Medvedev 2015-ci illə müqayisədə 2% az pul qazanıb
Maliyyə
14 Aprel , 2017 18:00
Rusiya baş nazirinin gəliri azalıb

Bakı. 14 aprel. REPORT.AZ/ Rusiyanın Baş naziri Dmitri Medvedev 2016-cı ildə 8,587 mln. rubl (təxminən 260 min manat) qazanıb.

“Report”un məlumatına görə, bu barədə hökumət başçısı təqdim etdiyi gəlir bəyannaməsində bildirib.

Bəyannaməyə əsasən, onun gəliri 2015-ci illə müqayisədə 181 min rubl (təxminən 5 500 manat) və yaxud təxminən 2% azalıb.

Bundan başqa, D.Medvedev sənəddə 4,7 min kv.metrlik torpaq sahəsinə malik olduğunu, onu 49 il müddətinə icarəyə verdiyini, eləcə də “QAZ-20” və “QAZ-21” markalı minik avtomobillərinin, 367,8 kv.metrlik mənzilin sahibi olduğunu bəyan edib.

Bu arada qeyd edək ki, Rusiya Prezidenti Vladimir Putinin də gəlirləri azalıb. Belə ki, dövlət başçısı ötən il 8,858 mln. rubl (təxminən 268 min manat) qazanıb ki, bu da əvvəlki ilə nisbətən 33 min rub (təxminən 1 000 manat) və yaxud yaxud 0,4% azdır.

Son xəbərlər

Orphus sistemi