Rusiyada zənginlərdən 500 mlrd. rubl "almaq" təklif olunub

Rusiyada zənginlərdən 500 mlrd. rubl "almaq" təklif olunub Zənginlərə təzyiq onların xarici rezidentə çevrilməsinə səbəb ola bilər
Maliyyə
18 İyul , 2017 20:32
Rusiyada zənginlərdən 500 mlrd. rubl almaq təklif olunub

Bakı. 18 iyul. REPORT.AZ/ Rusiya İctimai Palatasının katibi Valeriy Fadeyev Dövlət Dumasında zəngin ev təsərrüfatlarının xəzinəyə 500 mlrd.rubl və ya 8,3 mlrd. ABŞ dolları ödəmədiklərini bildirib.

"Report" "Gazeta.ru" saytına istinadən xəbər verir ki, o, çıxışında "Rusiyada həqiqətən çox zəngin 200-300 min adam var: "Bunlar maaşı orta sinif kimi 500 min-1 mln. rubl (8300-16600 dollar) olan insanlar deyil. Çox bahalı maşın, böyük ev, xaricdə mülkləri olan insanlardır. Hesablamalarımıza görə, bu zənginlər xəzinəyə 500 mlrd. rubl az ödəyirlər."

V.Fadeyev onlardan bu vəsaiti almağın zəruriliyini vurğulayıb: "Bu insanlardan pul almaq çətindir. Onlar öz aktivlərini çox gözəl idarə edirlər. İnzibati qaydada bunu etmək mürəkkəb olsa da, bunu etmək lazımdır. Vergi dərəcələrini artırmağa ehtiyac yoxdur, bu insanların ödəməli olduğu pulu almaq lazımdır."

Qeyd edək ki, iyun ayının əvvəlində Rusiyanın biznes-ombudsmanı Boris Titov hökumətin zənginlərə təzyiqi azaltmasının vacibliyini bildirib. O, əks halda zənginlərin yerin altına çəkiləcəyini və ya xarici rezidentə çevriləcəyini xatırladıb.  

Son xəbərlər

Orphus sistemi