Rusiyada prezident seçkilərində blokçeyn texnologiyasından istifadə olunacaq
- 06 mart, 2018
- 07:44
Yeniliklərdən dərhal xəbərdar olun!
Bakı. 6 mart. REPORT.AZ/ Ümumrusiya İctimai Rəyin Öyrənilməsi Mərkəzi (VSİOM) exit-polların keçirilməsində blokçeyn texnologiyasından istifadə etməyə hazırlaşır.
"Report" Rusiya mətbuatına istinadən xəbər verir ki, yeni üsulla exit-pollar martın 18-də Rusiyada keçiriləcək prezident seçkisi zamanı tətbiq olunacaq.
VSİOM-un baş direktoru Valeriy Fyodorovun sözlərinə görə, əldə olunacaq informasiyaların kiber-hücumlardan qorunması üçün tədbirlər görülüb. Planlaşdırıldığı kimi, martın 12-də blokçeyndə exit-pollarda gedən texnoloji prosesləri əks etdirən və onlayn rejimdə fəaliyyət göstərən blockchain.wciom.ru saytı işə başlayacaq. Layihənin texniki tərəfdən məsuliyyətini "2chain" agentliyi daşıyacaq.
Agentliyin menecer-partnyoru Denis Terexov bildirib ki, blokçeyn texnologiyası vasitəsilə saxlanan informasiyanı saxtalaşdırmaq üçün, internetdə olan məlumatların 51%-i dəyişdirilməlidir ki, bu da mümkün deyil.