Rusiyada kredit borcları sürətlə artır

Maliyyə
  • 18 sentyabr, 2018
  • 07:02
Rusiyada kredit borcları sürətlə artır

Bakı. 18 sentyabr. REPORT.AZ/ Rusiya vətəndaşlarının kredit borcları sürətlə artır.

"Report" xarici mətbuata istinadən xəbər verir ki, bu barədə Rusiyanın Milli Kredit Tarixçiləri Bürosu yayıb. 

Məlumata görə, təkcə avqust ayında Rusiya vətəndaşları, təxminən, 1 mln. ədəd yeni kredit kartı əldə edib. Bu isə ötən ilin eyni dövrü ilə müqayisədə 56,8% çoxdur. 

Rusların kəskin borclanmasına səbəb kimi yaşayış xərclərini ödəyə bilməmələri göstərilir. Hazırda hər Rusiya vətəndaşı orta hesabla banka 92,2 min rubl (təxminən, 2 300 manat) borcludur.