Rusiyada dolların məzənnəsi bu ilin minimumuna düşüb

Rusiyada dolların məzənnəsi bu ilin minimumuna düşüb Sonuncu dəfə Rusiyada dolları təxminən bu qiymətə 2015-ci il iyulin 3-də almaq mümkün olub
Maliyyə
105
24 Aprel , 2017 14:37
Rusiyada dolların məzənnəsi bu ilin minimumuna düşüb

Bakı. 24 aprel. REPORT.AZ/ Moskva Banklararası Valyuta Birjasında bu gün aparılan əməliyyatlar zamanı ABŞ dollarının Rusiya rubluna qaqşı məzənnəsi bu ilin əvvəlindən ən aşağı həddə düşüb.

“Report” Rusiya mətbuatına istinadən xəbər verir ki, məzənnə 55,78 rubl/dollar həddinə enib, avronun məzənnəsi isə 7 qəpiklik bahalaşmadan sonra 60,64 rubla yüksəlib. 

Xatırladaq ki, bundan əvvəl Rusiyada Amerika valyutasının məzənnəsi ilə bağlı 2017-ci ilin minimumu aprelin 5-də qeydə alınıb (55,8 rubl/dollar). Sonuncu dəfə Rusiyada dolları bu qiymətə 2015-ci il iyulin 3-də (55,4 rubl/dollar) almaq mümkün olub. Qeyd edək ki, London əmtəə birjasında “Brent” markalı neftin qiyməti iyun ayı üçün bağlanmış müqavilələr üzrə 0,95% artaraq 52,46 dollar/barelə çatıb.

Son xəbərlər

Orphus sistemi