Rusiyada dollar kəskin bahalaşıb

Rusiyada dollar kəskin bahalaşıb ABŞ dollarının məzənnəsi tarixi rekordu yeniləyib
Maliyyə
783
11 Yanvar , 2016 15:37
Rusiyada dollar kəskin bahalaşıb

Bakı. 11 yanvar. REPORT.AZ/ Rusiya Mərkəzi Bankı dolların rəsmi məzənnəsini yanvarın 12-si üçün 3 rubl artıraraq 75,95 RUB/USD-yə qaldırıb. "Report"un Rusiya mətbuatına istinadən verdiyi xəbərə görə, bu qərarla ABŞ dollarının məzənnəsi tarixi rekordu yeniləyib. Avronun rəsmi məzənnəsi isə yanvarın 12-nə 3,12 rubl artırılaraq 82,80 RUB/EUR-a çatdırılıb.

Qeyd edək ki, bu gün isə birjalarda açılışdan sonra avronun məzənnəsi 83,97 RUB/EUR-dək, dollar isə 76,49 RUB/USD-yə qalxıb.

Son xəbərlər

Orphus sistemi