Rusiya-Ukrayna müharibəsi Azərbaycanda sığortanı bahalaşdıra bilər
- 23 mart, 2022
- 09:42
"Azərbaycanın sığorta şirkətləri Rusiya-Ukrayna müharibəsi fonunda qonşu ölkənin təkrarsığorta şirkətləri ilə əməkdaşlığı azaltmalı, digər, əsasən Avropa ölkələrinin təkrarsığorta bazarına üz tutmalı olacaqlar".
Bunu “Report”a açıqlamasında yerli sığorta şirkətlərindən birinin sədri Uğur İbrahimli müharibənin bazara təsirini şərh edərkən bildirib.
"Rusiyaya qarşı tətbiq edilmiş sanksiyalar fonunda bu ölkəyə ötürülmüş təkrarsığorta risklərinə görə geriyə ödənişlərdə problemlərin yaranacağı qaçılmazdır. Yerli sığortaçıların Rusiya bazarı ilə əməkdaşlıq etməsinin əsas səbəbi təkrarsığorta qiymətlərinin aşağı olması ilə bağlı idi. İndi isə şirkətlərimiz daha yüksək qiymətlərlə risklərinin sığorta etdirməli olacaqlar. Bu isə ölkə sığortanı bahalaşdıra bilər. Hər bir halda bunu zaman göstərəcək”, - deyə o, qeyd edib.