Rusiya Statistika İdarəsi ləğv edilib

Rusiya Statistika İdarəsi ləğv edilib Sənəd bu gündən qüvvəyə minir
Maliyyə
4 Aprel , 2017 14:06
Rusiya Statistika İdarəsi ləğv edilib

Bakı. 4 aprel. REPORT.AZ/ Rusiya Statistika İdarəsi (Rosstat) ölkə Prezidenti Vladimir Putininin bugünkü fərmanı ilə ləğv edilərək İqtisadi İnkişaf Nazirliyinin tabeliyinə verilib. 

"Report" xəbər verir ki, sənəd rəsmi mətbuatda dərc olunub və imzalandığı gündən qüvvəyə minib.

Fərmanda bildirilir ki, Rusiya Federasiyasının İqtisadi İnkişaf Nazirliyinə statistika uçotu sahəsinin normativ-hüquqi və dövlət siyasətinin işlənib hazırlanması funksiyaları ötürülür. Həmçinin, "Rosstat"ın Rusiya Federasiyası hökumətinə tabeliyi ləğv edilib. 

Son xəbərlər

Orphus sistemi