Rusiya səhm bazarında eniş yaşanır

Rusiya səhm bazarında eniş yaşanır Uzun fasilədən sonra fəaliyyətə başlayan Rusiya səhm bazarında ticarətin ikinci günündə eniş yaşanır. Cümə axşamı yaşanan artım sıçrayışdan sonra bazarda korreksiya gedir.
Maliyyə
25 Mart , 2022 15:53
Rusiya səhm bazarında eniş yaşanır

Uzun fasilədən sonra fəaliyyətə başlayan Rusiya səhm bazarında ticarətin ikinci günündə eniş yaşanır. Cümə axşamı yaşanan artım sıçrayışdan sonra bazarda korreksiya gedir.

“Report”un məlumatına görə, bunu ticarət platformasının məlumatlarından görmək olar.

Belə ki, Moskva birjasının indeksi gün ərzində 3,95% azalaraq 2 476,75 bənd, RTS indeksi isə 4,31% azalaraq 815,87 bənd təşkil edib.

Analitiklərin fikrincə, cümə günü Rusiya bazarında yaşanan eniş mövcud vəziyyətin məntiqi əksidir. Çoxları öz likvidliyini qorumaq üçün dividend ödəməkdən imtina edir.

“Aeroflot”un səhmləri satıcıların güclü təzyiqi altındadır: şirkətin səhmləri cümə günü 17,9% ucuzlaşıb və bir səhm üçün 25,22 rubla düşüb, bu da son 13 il ərzində minimum göstəricidir. “Qazprom”un səhmləri isə 11,11% ucuzlaşıb. Həmçinin səhmi dəyər itirənlər arasında “Lukoil” (8,6%), “Severstal” (8,28%), VTB (7,87%) və s. var.

Son xəbərlər

Orphus sistemi