Rusiya Mərkəzi Bankı digər iri banklarda da sanasiyada yardım edəcək
- 07 noyabr, 2017
- 13:09
Yeniliklərdən dərhal xəbərdar olun!
Bakı. 7 noyabr. REPORT.AZ/ Rusiya Bankı (Mərkəzi Bank) başqa iri bankların da Bank sektorunun konsolidasiyası Fondunun köməyi ilə sanasiyasının mümkünlüyünə işarə edib.
"Report" RBC agentliyinə istinadən xəbər verir ki, bu barədə Rusiya Bankı sədrinin müavini Dmitriy Tulin açıqlama verib.
D.Tulin bildirib ki, əsas məqsəd "makroiqtisadi" səviyyədə qeyri-sabitliyin yaranmasına imkan verməməkdir: "Rusiya Bankı sağlamlaşdırma mexanizminin gələcəkdə də tətbiqini istisna etmir".
Sədr müavini bankların lisenziyasının geri çağırılması və sanasiyası arasında fərqin olmadığını, bankların ödəmə qabiliyyətini itirməsini ictimaiyyət üçün itki olduğunu bildirib.
Qeyd edək ki, bu il Rusiyanın 2 iri bankı - "Otkrıtiye" və "Binbank" sanasiyası ilə üzləşib.