Rusiya banklarında dollar qıtlığı yaranıb

Rusiya banklarında dollar qıtlığı yaranıb İlin sonuna qədər dolların məzənnəsinin yüksələcəyi və 60 rublu ötəcəyi ehtimal edilir
Maliyyə
711
28 Sentyabr , 2017 10:53
Rusiya banklarında dollar qıtlığı yaranıb

Bakı. 28 sentyabr. REPORT.AZ/ Rusiya bankları Mərkəzi Bankdan (Rusiya Bankı) svop əməliyyatlar vasitəsilə tarixi rekord həcmdə valyuta cəlb edib. "Report" "RBC" agentliyinə istinadən xəbər verir ki, belə bir vəziyyətin yaranması banklarda olan valyuta qıtlığından xəbər verir. Ekspertlər valyutaya tələbin davam edəcəyini və dolların bahalaşacağını proqnozlaşdırırlar.

Qeyd edək ki, Rusiya Mərkəzi Bankının sentyabrın 26-da yaydığı məlumata əsasən, banklar valyuta svopu vasitəsilə 1,5 mlrd. ABŞ dolları həcmində vəsait cəlb edib. Avstriya "Raiffeisen Bank"ının Moskva ofisinin analitiki Denis Porıvay hesab edir ki, hazırda banklarda valyuta ehtiyatı sıfıra bərabərdir.

"Metalinvestbank"ın Valyuta və pul bazarı əməliyyatları Departamentinin rəhbəri Sergey Romançuka görə isə, svop əməliyyatlarında həcmin artması Rusiyadan valyuta axını davam edir. Müxbir hesablarda olan sərbəst valyuta resursları isə sürətlə azalır və müştərilərin tələblərini yerinə yetirməyə çatmır.

Xatırladaq ki, “valyuta svopu” eyni məbləğdə, lakin hazırlanma tarixi müxtəlif olan xarici valyutanın alqı-satqısında iki müqabil əqdi nəzərdə tutur. Bu maliyyə alətini Rusiya Mərkəzi Bankı 2014-cü ilin sentyabrından tətbiq edir.

D.Porıvay həmçinin bildirib ki, valyuta ehtiyatlarının azalması mart ayından başlayıb. Martda bankların valyuta likvidliyi 1,6 mlrd., apreldə 3,7 mlrd., mayda 4,3 mlrd., iyunda 0,7 mlrd., iyulda 3,2 mlrd. dollar azalıb. Analitik bildirib ki, ilin sonuna qədər valyutaya tələb azalmayacaq. Belə ki, son rübdə şirkətlərin xarici borc ödənişlərinin həcmi 28 mlrd. dollar təşkil edir və bunun əksər hissəsi dekabr ayında gözlənilir.

"Rosbank"ın proqnozuna görə, ilin sonuna dolların məzənnəsi 60,3 rubl səviyyəsində olacaq. Hazırda Rusiyanın nağd valyuta bazarında dollar 58,2 rubla satılır.

Son xəbərlər

Orphus sistemi