Rusiya Bankı ölkədə 2%-dən çox illik iqtisadi artım gözləmir

Maliyyə
  • 21 avqust, 2018
  • 06:48
Rusiya Bankı ölkədə 2%-dən çox illik iqtisadi artım gözləmir
Rusiya Bankı

Bakı. 21 avqust. REPORT.AZ/ "Yaxın gələcəkdə Rusiya iqtisadiyyatının artım tempi illik 1,5-2%-dən çox olmayacaq".

"Report" Rusiya mətbuatına istinadən xəbər verir ki, bunu Rusiya Bankının (Mərkəzi Bank) sədri Elvira Nabiullina "The Wall Street Journal" nəşrinə müsahibəsində deyib.

Onun sözlərinə görə, ənənəvi iqtisadi artım modeli artıq özünü doğrultmur: "Dünya bazarında neftin 1 barelinin qiyməti 100 ABŞ dolları olsa belə, Rusiya iqtisadiyyatı çətin ki, il ərzində 1,5-2%-dən çox artsın".

E.Nabiullina əlavə edib ki, rəhbərlik etdiyi qurumun əsas fəaliyyəti bank sektoruna dəstək verməyə yönəlib və bəzən bunun üçün "populyar olmayan addımlar atmaq lazımdır". 

Mərkəzi Bankı rəhbərinin sözlərinə görə, Rusiyada maliyyə sektorunun "təmizlənməsi" prosesi demək olar ki sona çatıb.

44 filmi