Rusiya Bankı: Kiriptovalyuta “alov"u sönür

Maliyyə
  • 18 oktyabr, 2018
  • 08:58
Rusiya Bankı: Kiriptovalyuta “alovu sönür

Bakı. 18 oktyabr. REPORT.AZ/ "Dünyadakı kriptovalyuta “alov"u sönməyə başlayıb".

“Report” xəbər verir ki, bunu Rusiya Bankının (Mərkəzi Bank) sədri Elvira Nabiullina yeni maliyyə texnologiyaları ilə bağlı Soçidə keçirilən biznes-forumda deyib. 

Onun sözlərinə görə, artıq biznes blokçeyn texnologiyalarının tətbiqinə daha ehtiyatla yanaşır. 

“Biz bu mövzuda 4-ü forumu keçiririk. Bu müddətdə kriotopvalyuta “alovu"u yüksəlməyi bacarsa da, xoşbəxtlikdən artıq azalmağa başlayıb”, – deyə, o qeyd edib.

E.Nabiullinanın sözlərinə görə, son illərdə yeni maliyyə texnologiyalarının anlaşılmasında dəyişikliklər baş verib. 

Rusiyanın iqtisadi inkişaf naziri Maksim Oreşkin isə bildirib ki, kriptovalyutalar ətrafında ajiotaj sona çatmaq üzrədir. 

44 - Tezliklə