“Rəvan Sığorta”nın lisenziyası ləğv edilib

“Rəvan Sığorta”nın lisenziyası ləğv edilib Bununla da, ölkədəki sığorta şirkətlərinin sayı 20-yə düşdü
Maliyyə
484
11 Mart , 2021 11:39
“Rəvan Sığorta”nın lisenziyası ləğv edilib

Azərbaycan Mərkəzi Bankının (AMB) İdarə Heyətinin qərarı ilə “Rəvan Sığorta” ASC-yə verilmiş 15 oktyabr 2009-cu il tarixli lisenziya ləğv edilib.

"Report" bu barədə AMB-yə istinadən xəbər verir.

Məlumata görə, bu qərar “Sığorta fəaliyyəti haqqında” qanunun 107.1.1-ci maddəsinə uyğun olaraq, könüllü müraciət əsasında qəbul olunub.

Bununla da, ölkədəki sığorta şirkətlərinin sayı 21-dən 20-yə düşüb.

Son xəbərlər

Orphus sistemi