"Report": Valyuta hərracında dollara tələbat təklifi 10 dəfə üstələyib - YENİLƏNİB

"Report": Valyuta hərracında dollara tələbat təklifi 10 dəfə üstələyib - YENİLƏNİB Rəsmi məzənnənin 1,60-1,65 AZN/USD-yə qədər artması gözlənilir
Maliyyə
291
23 İyun , 2016 12:50
Report: Valyuta hərracında dollara tələbat təklifi 10 dəfə üstələyib - YENİLƏNİB

İlk xəbər saat 12:45-də verilib

Bakı. 23 iyun. REPORT.AZ/ Azərbaycan Dövlət Neft Fondu (ARDNF) tərəfindən keçirilən bugünkü valyuta hərracına satışa 50 mln. ABŞ dolları məbləğində vəsait çıxarılıb. "Report"un əldə etdiyi məlumata görə, hərracda dollara tələbat yenə də yüksək olub və 480 mln. dollar təşkil edib. Xatırladaq ki, iyunun 21-də keçirilən son hərracda bu göstərici 400 mln. dollardan çox olub.

"Report"un analitik qrupu hesab edir ki, dolların sabaha rəsmi məzənnəsi ən azı 1,5330 AZN/USD-yə çatacağı gözlənilir: "Sonrakı mərhələlərdə isə dollara tələbatın davam etməsi və məzənnənin 1,60-1,65 AZN/USD səviyyəsinə qədər artması proqnozlaşdırılır".

***

Qeyd edək ki, bugünkü hərracın yekununda ARDNF 50 mln. dolları 32 kommersiya bankına satıb.

Son xəbərlər

Orphus sistemi