İlk xəbər saat 12:45-də verilib
Bakı. 23 iyun. REPORT.AZ/ Azərbaycan Dövlət Neft Fondu (ARDNF) tərəfindən keçirilən bugünkü valyuta hərracına satışa 50 mln. ABŞ dolları məbləğində vəsait çıxarılıb. "Report"un əldə etdiyi məlumata görə, hərracda dollara tələbat yenə də yüksək olub və 480 mln. dollar təşkil edib. Xatırladaq ki, iyunun 21-də keçirilən son hərracda bu göstərici 400 mln. dollardan çox olub.
"Report"un analitik qrupu hesab edir ki, dolların sabaha rəsmi məzənnəsi ən azı 1,5330 AZN/USD-yə çatacağı gözlənilir: "Sonrakı mərhələlərdə isə dollara tələbatın davam etməsi və məzənnənin 1,60-1,65 AZN/USD səviyyəsinə qədər artması proqnozlaşdırılır".
***
Qeyd edək ki, bugünkü hərracın yekununda ARDNF 50 mln. dolları 32 kommersiya bankına satıb.