"Report": Bu həftənin önəmli qlobal iqtisadi xəbərləri - TOP-5

"Report": Bu həftənin önəmli qlobal iqtisadi xəbərləri - TOP-5 Bakı. 22 yanvar. REPORT.AZ/ Qlobal maliyyə bazarı üçün 22-26 yanvar həftəsinin ən vacib iqtisadi xəbərləri avrozona, Yaponiya, ABŞ, Böyük Britaniya və Kanadada açıqlanacaq.
Maliyyə
22 Yanvar , 2018 11:49
Report: Bu həftənin önəmli qlobal iqtisadi xəbərləri - TOP-5

Bakı. 22 yanvar. REPORT.AZ/ Qlobal maliyyə bazarı üçün 22-26 yanvar həftəsinin ən vacib iqtisadi xəbərləri avrozona, Yaponiya, ABŞ, Böyük Britaniya və Kanadada açıqlanacaq.

"Report"un analitik qrupu həftənin dünya maliyyə bazarına təsir edə biləcək ən vacib 5 iqtisadi xəbəri müəyyənləşdirib:

1) Yanvarın 25-də Bakı vaxtı ilə saat 16:45-də Avropa Mərkəzi Bankı (ECB) növbəti monetar siyasət iclasını keçirəcək. Analitiklər iclasda uçot dərəcəsinin sabit saxlanılacağını ehtimal edirlər. Əsas diqqət qərardan 45 dəqiqə sonra ECB rəhbəri Mario Draginin monetar stimullaşdırma ilə bağlı açıqlamalarında olacaq. Bununla yanaşı, yanvarın 24-də avrozona üçün işgüzar fəallıq üzrə yanvar indeksi, yanvarın 26-da isə iqtisadi əhval-ruhiyyə ilə bağlı indeks açılanacaq;

2) Yanvarın 23-24-də Yaponiya Mərkəzi Bankı (BoJ) növbəti monetar siyasət iclasını keçirəcək. Analitiklər iclasda uçot dərəcəsinin sabit saxlanılacağını gözləyirlər. Bununla yanaşı, BoJ rəhbərinin keçirəcəyi mətbuat konfransında monetar stimullaşdırmanın perspektivləri ilə bağlı açıqlamaları gözlənilir. Həmçinin, yanvarın 24-də Yaponiyada inflyasiya və ixrac göstəriciləri açıqlanacaq;

3) Yanvarın 26-da Bakı vaxtı ilə saat 17:30-da ABŞ-da 2017-ci ilin son rübü üzrə ÜDM-in artımı göstəricisi açıqlanacaq. Analitiklər iqtisadi artımın 3% olacağını proqnozlaşdırırlar. Bu isə III rübün göstəricisindən (3,2%) aşağıdır. Bununla yanaşı, həftə ərzində ABŞ-da yeni evlərin satışı, işsizlik müavinətləri üçün müraciətlər, dayanıqlı malların sifarişi kimi göstəricilər açıqlanacaq;

4) Yanvarın 26-da Bakı vaxtı ilə saat 13:30-da Böyük Britaniyada 2017-ci ilin IV rübü üzrə ÜDM-in artım göstəricisi açıqlanacaq. Analitiklər bu göstərcnin 0,4% olacağını ehtimal edirlər. İllik müqayisədə isə ÜDM-in 1,4% artacağı gözlənilir. Həmçinin, yanvarın 24-də Britaniyada işsizlik göstəricisi açıqlanacaq;

5) Yanvarın 26-da Kanadada dekabr ayının inflyasiyası, yanvarın 25-də isə pərakəndə satışın həcmi açıqlanacaq.

Son xəbərlər

Orphus sistemi