"Report": Azərbaycanda dollarlaşmanın azalması gözlənilmir

"Report": Azərbaycanda dollarlaşmanın azalması gözlənilmir AMB-nin depozit hərracları kommersiya banklarının əsas gəlir mənbəyinə çevrilib
Maliyyə
1151
14 Noyabr , 2017 12:04
Report: Azərbaycanda dollarlaşmanın azalması gözlənilmir

Bakı. 14 noyabr. REPORT.AZ/ Azərbaycan iqtisadiyyatında dollarlaşma səviyyəsinin tezliklə azalması gözlənilmir. 

"Report"un analitik qrupu bildirir ki, buna səbəb kommersiya banklarında manatla depozit və əmanətlər üzrə gəlirlilik dərəcəsinin ilin əvvəlindən xeyli azalması amili göstərilir. Belə ki, əgər bu ilin əvvəlində banklarda depozit və əmanətlər üzrə hətta 1 aylıq depozitlər üzrə illik gəlirlilik 13-15% təşkil edirdisə, hazırda bu göstərici 5-8%-ə qədər enib. Bununla yanaşı, qısamüddətli dollar depozitlərinin faizi də xeyli azalıb və 0,25-1% diapazonunda dəyişir. 

"Lakin nisbətən uzunmüddətli dollar depozitləri üzrə illik faiz dərəcəsi 3% olaraq qalır. Yerli valyutada devalvasiya təhlükəsi ilə qarşılaşmaq istəməyən depozit sahibləri üçün hazırda dollar depozitinə vəsait yatırmaq daha sərfəlidir. Çünki, dollar və manat əmanətləri üzrə gəlirlilik arasında fərq minimuma enib", - deyə analitiklər bildiriblər.

"Report"un ekspertləri hesab edirlər ki, bankların faizləri azaltmasına səbəb isə onların kredit verə bilməməsi ilə bağlıdır: "İqtisadiyyatın yavaşlaması, kredit şərtlərinin sərtləşdirilməsi bankların kreditləşməni minimuma endirməsinə səbəb olub. Nəticədə, normal menecmentə sahib olan banklar əlavə faiz ödənişi etməkdən qaçmaq üçün məcburi halda depozit və əmanət faizlərini aşağı salıb. Bu da öz növbəsində əhalinin tədricən sərbəst vəsaitlərini ümumiyyətlə banklardan çəkməsinə gətirib çıxarıb. Banklar da öz növbəsində əhalidən topladıqları vəsaiti 10%-lə Azərbaycan Mərkəzi Bankının (AMB) depozit hərracında yerləşdirməklə ayaqda qalmağa çalışır".

Son xəbərlər

Orphus sistemi